RU

“350 illik tariximiz zibil qutusuna atılıb” Satanovski Putin idarəçiliyindən narazıdır

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiyanın Vladimir Putinin “dahiliyi” sayəsində düşdüyü hazırkı vəziyyət artıq təkcə Kremlə müxalif siyasətçilər deyil, uzun illər hakimiyyətin təbliğatını aparan, imperiyaçılıq, “rus dünyası” ideyalarını aşılamağa çalışan politoloqlar tərəfindən də tənqid olunmağa başlayıb.

“AzPolitika” xəbər verir ki, Rusiya Yaxın Şərq İnstitutunun prezidenti, Azərbaycana və Türkiyəyə qarşı irticaçı mövqeyilə seçilən Yevgeni Satanovski hazırkı Rusiyanın imperiya tarixi boyu qazanılan nailiyyətləri puç etməsindən gileylənib: "Əlaqələrimizi və mövqelərimizi müzakirə edərkən, yumşaq desək, özümüzü aldadırıq, çünki onları qoruyub saxlaya bilmirik. Hətta Orta Asiyada və Qafqazda da öz mövqeyimizi qoruya bilməmişik. Qazaxıstandakı mövqeyimiz virtual reallıqdır. Rusiya öz mövqeyini qurmaq üçün 350 il sərf edib və indi həmin 350 illik tarix zibil qutusuna atılıb. Və biz indi Tehran üçün narahat olacağıq... Niyə narahat olmalıyıq ki?"

Satanovski tez-tez Vladimir Solovyovun və digər təbliğatçıların verilişlərinə çıxaraq, qatı şovinist, imperiyaçı açıqlamalar və şərhlər verməsilə tanınıb. Ancaq göründüyü kimi, onun kimi başıpozuq, azğınlaşmış imperiya təfəkkürü daşıyıcıları da Rusiyanın nəinki irtica və işğal planlarının fiaskoya uğradığını, hətta əsrlər boyu qazanılan müstəmləkə nailiyyətlərinin də əldən çıxdığını etiraf etmək məcburiyyətindədir.

C.Məmmədli

“AzPolitika.info” 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
17
azpolitika.info

1Источники