RU

Tramp: Klintonla bağlı istintaq məni narahat edir

ABŞ prezidenti Donald Tramp keçmiş prezident Bill Klintonun Ceffri Epşteyn işləri ilə bağlı istintaqından narahatlığını bildirib.

Turkustan.az xəbər verir ki, yetkinlik yaşına çatmayan qızlara cinsi istismar və fahişəlik şəbəkəsi idarə etmək ittihamları ilə həbsxanada ölü tapılan milyarder Epşteynlə bağlı istintaq sənədləri, bəzi sənədlərin ictimaiyyətə açıqlanmasından sonra yenidən ABŞ-da müzakirə mövzusuna çevrilib.
Tramp NBC Nightly News-a verdiyi müsahibədə Epşteyn işi ilə bağlı ABŞ-ın keçmiş prezidenti Klintonun istintaqına toxunub.

İstintaqdan narahatlığını ifadə edən Tramp deyib: "Kiminsə Bill Klintona qarşı tədbir görməsi məni narahat edir. Mən onu bəyənirdim və hələ də bəyənirəm".
Tramp Klintonun yanaşmasını müsbət hesab etdiyini və ona qarşı keçmiş istintaqları xatırladaraq bu cür proseslərin fərdlərə zərər verdiyini bildirib.

ABŞ-ın keçmiş prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton, ABŞ Nümayəndələr Palatasının Nəzarət Komitəsinin Epşteynin sənədləri ilə bağlı araşdırmasının bir hissəsi olaraq ifadə verməyə razılaşmışdılar.

Komitə sədri Ceyms Komer Bill Klintonun 27 fevralda video bağlantı və transkript vasitəsilə qapalı iclasda, Hillari Klintonun isə 26 fevralda ifadə verəcəyini açıqlamışdı.

Aytən Yaşar/ Turkustan.az

Избранный
12
1
turkustan.az

2Источники