RU

Həndbol üzrə yeniyetmə oğlanlar arasında Lənkəran birinciliyinə start verilib

ain.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Lənkəran Olimpiya İdman Kompleksində həndbol üzrə 2012-2013-cü il təvəllüdlü yeniyetmə oğlanlar arasında rayon birinciliyinə start verilib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə Azərbaycan Həndbol Federasiyasından (AHF) məlumat verilib.

AHF-nin dəstəyi, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən turnirdə Lənkəranın ümumtəhsil məktəblərini təmsil edən 16 komanda mübarizə aparır.

İki gün davam edəcək yarışın qaliblərinə kubok və diplomlar təqdim olunacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
25
1
cebheinfo.az

3Источники