"Bəli, bu gün "Qarabağ"la oynayacağıq. İki dəfə qarşılaşacağıq onlarla. Kubok matçı bizim üçün çətin keçəcək. Hər halda, həm kubok, həm də liqa matçını evdə keçirəcəyik. Yaxşı hazırlaşmışıq. Rəqibi analiz etmişik, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirməyə çalışacağıq. Allah qoysa, hər şey bizim üçün yaxşı alınar".
Bu sözləri Sportal.az saytına açıqlamasında “Şamaxı”nın müdafiəçisi Rüfət Abbasov deyib.
Bölgə təmsilçisinin futbolçusu Azərbaycan çempionunun avrokuboklardakı uğurlarından da bəhs edib: "Əlbəttə ki, “Qarabağ”ın Çempionlar Liqasındakı uğurları bizi sevindirir. Həqiqətən yaxşı nəticələr qazanırlar. Onlara qarşı oynamaq əlavə motivasiyadır. Təbii ki, çətin olmağına çətin olacaq. Amma bu oyunlara motivasiya ilə çıxacağıq".
Abbasov Misli Premyer Liqasının 18-ci turunda “Kəpəz”i məğlub etdikləri görüşü də xatırlayıb: “Son turda “Kəpəz”ə səfərdə 2:0 qalib gəldik. Matç bizim üçün yaxşı keçdi. Yaxşı hazırlaşmışdıq bu görüşə. Qalib gəlmək istəyirdik. Şükür Allaha istədiyimizi etdik. İlk dəqiqədən sona qədər diqqətli və istəkli oynadıq, sonda da üç xalı qazandıq”.
Mirbağırağa
saytlarin hazirlanmasi