RU

İstanbulda futbolda mərc və danışılmış oyunlar iddiaları ilə bağlı ittihamnamə hazırlanıb

BAKI, TurkicWorld, Nailə Babazadə

İstanbul Respublika Baş Prokurorluğu tərəfindən "futbolda mərc" və "danışılmış oyunlar" iddiaları ilə bağlı 5-i həbsdə olan 52 şübhəli barəsində ittihamnamə hazırlanıb.

TurkicWorld xəbər verir ki, Baş Prokurorluq tərəfindən aparılan istintaq yekunlaşıb. Hazırlanmış ittihamnamədə "Zonguldakspor Futbol Klubu AŞ" cinayətdən zərərçəkmiş tərəf, "Ankaraspor" və "Nazillispor" isə "maddi məsuliyyət daşıyan" tərəflər kimi yer alıb.

"Ankaraspor" klubunun sahibi Ahmet Okatan, klubun prezidenti Mehmet Emin Katipoğlu və "Nazillispor"un prezidenti Şahin Kayanın da aralarında olduğu 52 nəfərin şübhəli şəxs qismində tanındığı ittihamnamədə, bu şəxslərdən 5-i hazırda həbsdədir.

İttihamnamədə şübhəli şəxslərin "danışılmış oyun razılaşmasının mövcudluğunu bilərək idman yarışının bu razılaşma istiqamətində nəticələnməsinə töhfə vermək" cinayətinə görə cəzalandırılmaları, həmçinin idman yarışlarını izləməkdən məhrum edilmələri tələb olunub.

Избранный
47
turkic.world

1Источники