RU

İrana təzyiqi artırmağa hazırıq Almaniya kansleri Merkel

Almaniya kansleri Fridrix Merts İrana təzyiqi daha da artırmağa hazır olduqlarını açıqlayıb.

Missiya.Az "Haberglobal"a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlərin suallarını cavablandırıb.

Merts bölgədə sülhün və təhlükəsizliyin vacibliyini vurğulayaraq bildirib ki, İran rejiminin öz xalqına qarşı törətdiyi zorakılıq dərhal dayandırılmalıdır.

Onun sözlərinə görə, İran nüvə proqramını, İsrailə və ya Körfəz ölkələrinə ballistik raketlər atmağı ağlından çıxarmalı və regionda sabitliyi pozan fəaliyyətlərinə son qoymalıdır.

"ABŞ və İsrail ilə dialoqdayıq. İranın nüvə və silah proqramlarının sürətlə sona çatmasına töhfə verəcək danışıqlara hazırıq",-Merts əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Избранный
31
missiya.az

1Источники