RU

Masallıda məktəbdə yanğın baş verib, şagird və müəllimlər təxliyə olunub - Yenilənib 

Masallı rayonu Xıdır Məmmədov adına Xırmandalı kənd tam orta ümumtəhsil məktəbində yanğın baş verib...

Bu barədə Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.

Əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və pedaqoji kollektiv təxliyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyə ediliblər, onların səhhətində heç bir problem yaranmayıb.

İlkin ehtimallara görə yanğına səbəb elektrik xətlərində yaranmış qısaqapanma olub. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin dəqiq başvermə səbəbləri araşdırılır. Bu gün tədris prosesi fasiləsiz şəkildə davam edir.

***

Masallıda məktəbdə yanğın olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, Masallı rayonunun Xırmandalı kəndində yerləşən orta məktəbdə yanğın baş verib.

Otaqların birində baş verən yanğın qısa müddətdə yayılmağa başlayıb. Şagird və müəllimlər məktəbdən təxliyə olunub. Hadisə yerinə Masallı Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində alovun yayılmasının qarşısı alınıb.

Məlumata görə, yanğın direktorun otağından başlayıb. Yanğına səbəb isə elektrik xəttlərində baş verən qısaqapanma olub.

Qeyd edək ki, məktəbdə otaqlar elektrik vasitələrindən istifadə olunaraq qızdırılır.

Əlavə məlumat veriləcək.

Poliqon.info

Избранный
40
3
poliqon.info

10Источники