RU

Yer kürəsində planetar miqyaslı maqnit qasırğaları başlayıb

Yer

Yer kürəsində planetar miqyaslı maqnit qasırğaları başlayıb, qərb yarımkürəsində isə güclü qütb parıltıları qeydə alınıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının mətbuat xidməti məlumat verib.

“Mövcud vəziyyətdə səviyyə G1-dir (zəif qasırğalar), lakin gün ərzində G2–G3 səviyyəsinə qədər artım mümkündür”, – məlumatda deyilir.

Bildirilir ki, hazırda Kanadada və ABŞ-ın şimal ştatları üzərində qütb parıltıları müşahidə olunur və onların intensivliyi artıq maksimum — onuncu səviyyəyə çatıb.

Məryəm Quliyeva

Избранный
50
xalqcebhesi.az

1Источники