Bakıdakı 163 nömrəli tam orta ümumtəhsil məktəbində ehtiyatsızlıq nəticəsində pəncərədən yıxılan şagirdin son vəziyyəti açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Kliniki Tibbi Mərkəz yayıb.
Bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi cinsli) fevralın 4-ü saat 21:00-da ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub:
"Almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilən pasiyentə Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsində zəruri tibbi xidmətlər göstərilib, onun vəziyyəti ağır qiymətləndirilib". (Oxu.az)
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта