RU

"Yazırlar ki, ayaqların əyridir, efirə niyə çıxırsan?"

Müğənni Zeyno qatıldığı televiziya proqramlarının birində ünvanına yazılan mənfi şərhlərə sərt reaksiya verib.

Milli.Az xəbər verir ki, onun emosional açıqlaması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Zeyno bildirib ki, Zaur Kamalın verilişinə qonaq olarkən ifa etdiyi mahnılar, danışılan mövzular diqqət çəkməyib, əvəzində xarici görünüşü ilə bağlı tənqidlər yazılıb:

"Verilişdə o qədər mövzu oldu, mahnılar oxudum, amma heç kim ondan yazmadı. Yazdılar ki, ayaqları əyridir, efirə niyə çıxır? Nə edək, belə yaranmışam".

Müğənni qeyd edib ki, estetik müdaxilə etdikdə də yenə tənqid olunurlar:

"Gedib əməliyyat etdirəndə deyirsiniz niyə belə etdi, ora-burası şişdi. Olduğum kimi çıxanda da qınayırsınız. Nə edək ki, sizə xoş gəlsin?"

Zeyno bu şərhlərin ona psixoloji təsir göstərdiyini də etiraf edib. Onun sözlərinə görə, yazılanlar səbəbindən kompleks yaranıb və hətta həkimə müraciət edərək əməliyyat barədə düşünməyə başlayıb.

Müğənni əlavə edib ki, məhz bu mövzu ilə bağlı yayılan video indiyədək paylaşdığı materiallar arasında ən çox baxış toplayanı olub.

Zeynonun səmimi və emosional açıqlaması izləyiciləri iki yerə bölüb. Bir qisim onu dəstəkləsə də, digərləri yenə tənqiddən geri qalmayıb.

Musa
Milli.Az

Избранный
16
1
milli.az

2Источники