RU

Mexanik almağı məsləhət görmədiyi 5 avtomobil markasını açıqlayıb

Keçmiş avtomexanik Kris Payl karyerası ərzində əsas istehsalçıların demək olar hamısının avtomobilləri ilə işləyib. Onun sözlərinə görə, bəzi markaların maşınlarını hətta peşəkar servislərdə belə təmir etmək çətindir...

Poliqon xəbər verir ki, bu barədə Go Banking Rates yazıb.

O, ailəsinə heç vaxt tövsiyə etməyəcəyi beş markanın adını çəkib.

Uzaq durulmalı 5 avtomobil markası

Kris Paylın siyahısına bazarın ən tanınmış markaları daxil olub: Volkswagen, Mercedes-Benz, Audi, Mini və Jaguar:

"Bu markalarla işləməyi sevmirəm və heç kimə onları almağı məsləhət görməzdim".

Bu o demək deyil ki, bu avtomobillər pisdir. Lakin onlar bir çox sahib üçün ciddi problemlər yarada bilər və bahalı avtomobil alan insanların gözləntisi bu olmur.

Payl yaxınlarına bu maşınları niyə tövsiyə etmədiyini də izah edib.

Səbəb 1: Bahalı ehtiyat hissələri və sərf materialları

Nəsə xarab olanda bu avtomobillərin sahibləri çox yüksək qiymətlərlə qarşılaşa bilərlər. Ehtiyat hissələri, sərf materialları, mayelər və filtrlər çox vaxt daha baha başa gəlir.

Bu, hətta yağ filtri və əyləc bəndləri kimi müntəzəm texniki qulluq elementlərinə də aiddir.

Səbəb 2: Ehtiyat hissələri bazarında seçim məhduddur

Bir çox avtomobil markaları üçün alternativ, daha ucuz keyfiyyətli detallar tapmaq olur. Lakin bu markalarda çox vaxt yalnız istehsalçının bahalı orijinal hissələrini almaq lazım gəlir.

Səbəb 3: Lazımi hissəyə çatmaq çətindir

Müasir avtomobillərin kapotu altında çoxlu komponent var. Amma bu lüks markalarda lazımi hissəyə çatmaq xüsusilə çətindir. Mexaniklər bəzən bir detalı təmir etmək üçün bir neçə başqa hissəni sökməli olurlar.

Səbəb 4: Peşəkar resurslar məhduddur

Hətta peşəkar mexaniklər də bu markalarla işləyərkən çətinlik yaşayırlar. Servislər həmin markalara uyğun diaqnostik məlumat və təlimlərə investisiya etməli olur, bu xərc isə sonda müştərinin üzərinə düşür.

Səbəb 5: Diaqnostik alətlər uyğun gəlmir

Müasir avtomobil təmiri əsasən kompüter diaqnostikasına əsaslanır. Bu alətlər əksər markalarla problemsiz işləsə də, lüks avtomobillərlə tez-tez uyğun olmur. Buna görə mexaniklər ya bahalı, xüsusi alətlərdən istifadə etməli, ya da müştərini rəsmi diler mərkəzinə yönləndirməli olurlar. Bu isə təmiri həm çətinləşdirir, həm də bahalaşdırır.

Səbəb 6: Ümumi mürəkkəblik səviyyəsi

Yuxarıdakı bütün amillər birlikdə bu avtomobilləri diaqnostika və təmir baxımından daha mürəkkəb edir. Sadə həqiqət budur ki, Toyota-da tez həll olunan problem Audi-də böyük layihəyə çevrilə bilər.

Poliqon.info

Избранный
31
poliqon.info

1Источники