RU

Beynəlxalq tərəfdaşlarla birgə əməliyyat bütün aktorlar üçün aydın mesajdır - Rəy

Yazını böyüt
Yazını kiçilt

“Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə səfəri təkcə diplomatik görüşlərlə deyil, həm də Azərbaycan və BƏƏ prezidentlərinin Əbu-Dabidə iki ölkənin silahlı qüvvələrinin iştirakı ilə keçirilən “Sülh Qalxanı - 2026” birgə əməliyyat-taktiki təlimini izləməsi səfərin strateji mahiyyətini daha da artırır".

Bunu Hafta.az-a açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.

Onun sözlərinə görə, bu fakt göstərir ki, Azərbaycanın xarici siyasəti, artıq klassik diplomatiya çərçivəsindən çıxaraq təhlükəsizlik, hərbi əməkdaşlıq və regional sabitlik kimi fundamental sahələri də əhatə edir.

“Sülh Qalxanı - 2026” təlimi rəmzi ad daşımır. Bu ad Azərbaycanın son illər apardığı siyasətin fəlsəfəsini əks etdirir: güclü ordu, dayanıqlı sülh. Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, sülh istəyi zəiflikdən deyil, gücdən qaynaqlanmalıdır. Azərbaycan Ordusunun müasir, çevik və beynəlxalq tərəfdaşlarla birgə əməliyyat aparmaq qabiliyyətinin nümayişi regiondakı bütün aktorlar üçün aydın mesajdır”-siyasi ekspert deyib.

Ekspert bildirib ki, məhz bu kontekstdə səfər çərçivəsində Ermənistanın baş naziri Nikol Paşinyanla keçirilən görüş xüsusi məna kəsb edir. Bir tərəfdə Azərbaycan lideri müttəfiq ölkə ilə hərbi təlimi izləyir, digər tərəfdə isə sülh gündəliyini müzakirə edir. Bu paralellik təsadüfi deyil. Bakı açıq şəkildə göstərir ki, sülh prosesi Azərbaycanın təhlükəsizlik maraqları və hərbi üstünlüyü fonunda davam edir və bundan kənar heç bir alternativ gündəm mövcud deyil.

"BƏƏ ilə hərbi əməkdaşlıq, eyni zamanda, Azərbaycanın geosiyasi manevr imkanlarının genişliyini nümayiş etdirir. Bu, Cənubi Qafqazdan kənarda, Yaxın Şərqdə etibarlı tərəfdaşlıq modelinin qurulduğunu təsdiqləyir. Azərbaycan artıq regional deyil, daha geniş coğrafiyada təhlükəsizlik dialoqunun iştirakçısına çevrilib. Hesab edirəm, Əbu-Dabi səfəri çərçivəsində keçirilən görüşlər və “Sülh Qalxanı – 2026” təlimi bir-birini tamamlayan vahid siyasi xəttin tərkib hissəsidir. Bu xəttin mahiyyəti aydındır ki, Azərbaycan sülh istəyir, amma bu sülh güclü dövlət, güclü ordu və müstəqil qərarlar üzərində qurulmalıdır. Bu reallıq həm Ermənistan, həm də regionla bağlı planlar quran xarici mərkəzlər üçün ciddi mesajdır”, - deyə B.Quliyev bildirib.

Tahirə Qafarlı

Избранный
17
hafta.az

1Источники