RU

Partlamağa hazır olan çoxlu mina var

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

ABŞ və İran arasında gərginliyin artması bütün Yaxın Şərq üçün potensial partlayıcıdır.

Axar.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“Burada partlamağa hazır olan, sadəcə tapdalanmağı gözləyən çoxlu mina var”, - o bildirib.

Lavrov İranın Rusiyanın yaxın tərəfdaşı olduğunu və Yaxın Şərqdəki vəziyyətin necə inkişaf etdiyinə biganə qalmadıqlarını vurğulayıb:

“İran bizim tərəfdaşımız, yaxın tərəfdaşımız və qonşumuzdur. Əlbəttə ki, hadisələrin hazırda necə inkişaf etdiyinə biganə deyilik. İsrail, Amerika və İran vəziyyətin həllinə və əvvəllər əldə edilmiş razılaşmalara əməl olunmasına töhfə verməyə hazır olduğumuzu bilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
7
axar.az

1Источники