Olaylar.az xəbər verir ki, bu barədə BDYPİ-nin sürücülərə müraciətində bildirilib.
Qeyd olunub ki, hər hansı manevr zamanı dönmə işıqlarından istifadə edilməsi mütləqdir.
"Çünki vaxtında verilən siqnal digər yol hərəkəti iştirakçılarına yol şəraitini düzgün qiymətləndirməyə və təhlükəsiz qərar verməyə imkan yaradır.
Sürücülərdən qarşılıqlı hörmət nümayiş etdirməyi, tələskənliyə yol verməməyi, yol hərəkəti qaydalarına riayət etməyi, zəruri ara məsafəsi saxlamağı, manevrləri yalnız təhlükəsizliyə tam əmin olduqda həyata keçirməyi xahiş edirik. Unutmayaq ki, yollarda təhlükəsizlik hər bir iştirakçının məsuliyyətindən asılıdır", - deyə müraciətdə vurğulanıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31