RU

Zelenski: “Putinə 2 il vaxt və 800 min ölü rus əsgəri lazımdır”

“Vladimir Putinin bütün Donbası ələ keçirməsi üçün ən azı iki il vaxt lazım olacaq və bu hücumun bədəli təxminən 800 000 ölü rus əsgəri olacaq”. 

“Cebheinfo.az” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bunu “France Televisions”-a verdiyi müsahibədə bildirib. 

“Rusiya bizim Donbası tərk etməyimizi istəyir. Niyə? Çünki onlar bu müharibəyə başlayanda qələbə də qazana bilmədilər. Rusiya ordusunun Ukrayna torpağının hər metri üçün ödədiyi qiyməti çox yaxşı başa düşürük. Ölənləri saymırlar. 

Şərqi Ukraynanı fəth etmək onlara əsgərlərinin cəsədləri olan daha 800000 cəsədə başa gələcək. İndiki çox yavaş irəliləyişləri ilə onlara ən azı iki il lazım olacaq. Məncə, onlar bu qədər dözməyəcəklər”, - deyə dövlət başçısı bildirib.

Müharibəyə son qoymaq üçün mümkün güzəştlərdən danışan Zelenski bildirib ki, hətta mövcud cəbhə xətti boyunca münaqişənin dondurulması belə Kiyev tərəfindən artıq əhəmiyyətli bir güzəştdir. O qeyd edib ki, istənilən həll yolu qarşılıqlı addımlar tələb edir: 

“Xüsusi iqtisadi zona yaradılarsa, hər iki tərəf geri çəkilməli olacaq, silahsızlaşdırılmış zona ideyası isə yalnız hər iki tərəfin öz hissəsinə nəzarət etməsi və aralarında beynəlxalq ayrılma qüvvələrinin yerləşdirilməsi şərtilə mümkündür”.

Zelenski, həmçinin Rusiya qoşunlarını soyuq havadan Ukrayna cəmiyyətinə təzyiq göstərmək üçün bir vasitə kimi istifadə etməyə çalışmaqda günahlandırıb: 

“Ruslar başa düşmürlər ki, mülki şəxslərə nə qədər çox hücum etsələr, bir o qədər çox adam öldürsələr, müharibə qaydalarını bir o qədər çox pozsalar, Ukrayna ilə Rusiya arasında kompromis perspektivini bir o qədər də uzaqlaşdırırlar”.

Избранный
21
5
cebheinfo.az

7Источники