RU

Stubb: “ABŞ nin Avropaya münasibəti dəyişib”

Azvision portalından alınan məlumata görə, ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, Finlnadiya prezidenti Aleksandr Stubb belə deyib. “Biz səmimi şəkildə etiraf etməliyik ki, Birləşmiş Ştatlar dəyişiklik dövrünü yaşayır, onun müttəfiqlərinə yanaşması və xarici siyasəti dəyişir. Bu gün ABŞ administrasiyasının xarici siyasəti “Avropa dəyərlərinə zidd” ideologiyaya əsaslanır. Vaşinqtonun hərəkətləri beynəlxalq nizamı pozur və Avropanın əhəmiyyətini azaldır”, - Finlandiya lideri vurğulayıb. Bununla belə o, ABŞ-nin Avropa İttifaqı (Aİ) üçün “vacib müttəfiq” olaraq qaldığını qeyd edib. Aleksandr Stubb həmçinin bildirib ki, beynəlxalq vəziyyətdəki dəyişikliklərlə əlaqədar Helsinki xarici və təhlükəsizlik siyasətini müəyyən edən fundamental sənədləri yeniləyəcək. Artıq bu istiqamətdə işlərin başladığını diqqətə çatdıran siyasətçi onların nə vaxt yekunlaşacağını dəqiqləşdirməyib. Xatırladaq ki, yanvarın 21-də Finlandiya prezidenti hətta ABŞ-nin birbaşa hərbi yardımı olmadan belə, hücum zamanı Avropanın özünü “birmənalı şəkildə” qorumaq iqtidarında olduğunu iddia etmişdi. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
9
1
azvision.az

2Источники