RU

Bitki yağlarının gizli fərqləri - XƏBƏRDARLIQ

Bitki yağları mətbəxdə çox vaxt eyni məqsədlə istifadə olunur, amma əslində hər yağın öz yeri var. Günəbaxan yağı tərkibinə görə daha həssas yağdır və yüksək temperaturu sevmir. Bu səbəbdən onu salatlarda, soyuq yeməklərdə və ya yemək hazır olduqdan sonra istifadə etmək daha məqsədəuyğundur. Qızartma zamanı faydalı xüsusiyyətlərinin böyük hissəsi itir.

Ölkə.Az xəbər verir ki, bunu keyfiyyət üzrə mütəxəssis Pərvin İbrahimov bildirib.

Onun sözlərinə görə, palma yağı struktur baxımından daha davamlıdır: "Yüksək temperaturda daha gec parçalanır və bu səbəbdən sənayedə və dərin qızartmalarda geniş istifadə olunur. Lakin onun gündəlik rasionda tez-tez yer alması ürək-damar sağlamlığı baxımından risk yarada bilər. Buna görə də əsas yağ mənbəyi kimi seçilməsi tövsiyə edilmir".

Mütəxəssis qeyd edib ki, kanola yağı isə yağ turşularının paylanmasına görə fərqlənir: "Orta temperaturda bişirmələrdə və salatlarda istifadə üçün daha uyğundur. Omeqa-3 tərkibi sayəsində ürək sağlamlığına daha müsbət təsir göstərir. Yağ seçərkən əsas diqqət etməli məqam istifadə sahəsi və temperaturdur".

Избранный
7
2
olke.az

3Источники