Ötən gün Bakıda yerləşən 163 nömrəli tam orta ümumtəhsil məktəbinin 10-cu sinif şagirdi pəncərədən yıxılaraq ağır yaralanıb.
"Unikal"ın əldə etdiyi məlumata görə, məktəbli Kliniki Tibbi Mərkəzdən özəl tibb müəssisəsinə köçürülüb.
Kliniki Tibbi Mərkəzdən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, 2010-cu il təvəllüdlü şəxs (kişi) 04.02.2026-ci il tarixində saat 21:00 radələrində ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisəsinə təxliyə olunub.
Xatırladaq ki, məktəbliyə almacıq sümüyünün, bel fəqərələrinin, qabırğa və sol dabanın sınıqları diaqnozları təyin edilib. Onun vəziyyəti ağır qiymətləndirilir.
Ağarza Elçinoğlu