RU

Keçmiş məhkum 16 kiloqram narkotiklə saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Samux Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş, 37 yaşlı Heydər Quliyev saxlanılıb.

Hafta.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin məlumatında bildirilir.

Məlumata görə, saxlanılan şəxsdən ümumi çəkisi 16 kiloqram 155 qram olan narkotik vasitə olan həşiş və marixuana aşkarlanıb. Araşdırmalarla müəyyən edilib ki, Heydər Quliyev narkotikləri satmaq məqsədilə əldə edib. Faktla bağlı cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Избранный
35
14
hafta.az

10Источники