RU

Mingəçevirdə ana və üç azyaşlı övladı dəm qazından zəhərlənib

Mingəçevirdə
Mingəçevirdə ana və üç övladı dəm qazından zəhərlənib. 1news.az APA-ya istinadən xəbər verir ki, hadisə H.Əliyev prospektində yerləşən mənzillərdən birində baş verib.
Belə ki, 38 yaşlı Nübar Yusifova, övladları 16 yaşlı D.Yusifli, 12 yaşlı N.Yusifli ( hər ikisi qız) və 10 yaşlı E.Yusifli dəm qazından zəhərlənmə diaqnozu ilə şəhər mərkəzi xəstəxanasına çatdırılıblar.

Onlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Избранный
21
3
1news.az

10Источники