RU

Roma Papası dünyaya çağırış etdi Ümid səpənlər sırasında Azərbaycan da var

ain.az xəbər verir, Bakupost saytına əsaslanaraq.

Papa XIV Leo Dünya İnsan Qardaşlığı Günü münasibətilə yaydığı müraciətdə diqqət çəkən məqamlardan biri də Azərbaycan Prezidenti İlham Əliyevin “Zayed” Mükafatı laureatları sırasında xüsusi yer alması oldu.

Bakupost.az “Vatican News”a istinadən xəbər verir ki, Dünya İnsan Qardaşlığı Günü münasibətilə yaydığı müraciətdə və bu günə həsr olunmuş “Zayed” Mükafatının təqdimatı ərəfəsində Papa qardaşlığı münaqişələrdən, fərqliliklərdən və gərginliklərdən daha güclü olan “təcili zərurət” kimi təqdim edir. O, eyni zamanda xəbərdarlıq edir ki, bu çağırışların yalnız ideyalar səviyyəsində qalması həmin arzuların da “məhvinə” gətirib çıxaracaq. Papa sonda digərini heç vaxt vasitə, yaxud təhdid kimi deyil, qardaş və bacı kimi görməyə çağırır.Mücərrəd ideyalar aləmi, birgəlik anlayışının keçmiş dövrlərin utopiyası kimi kənara atılması – bu uzaq təsəvvürlərə qarşı münaqişələrdən, fərqliliklərdən və gərginliklərdən daha güclü olan qardaşlığın təcili zərurəti qoyulmalıdır. Papa XIV Leo bu qarşıdurmanı 4 fevralda – Beynəlxalq İnsan Qardaşlığı Günü və bu günə həsr olunmuş “Zayed” Mükafatının təqdimatı münasibətilə dərc edilən müraciətində vurğulayır.Papa Müqəddəs Fransisk və Böyük İmam Əhməd Əl-Tayyib tərəfindən “Dünya Sülhü və Birgəyaşayış naminə İnsan Qardaşlığı Sənədi”nin imzalanmasının yeddinci ildönümünü xatırladır. Bu hadisə insanlığımızın ən qiymətli və ən ümumbəşəri olanını – hər bir insanı birləşdirən qırılmaz bağ kimi birliyi qeyd etməyə imkan yaradır.Papa vurğulayır ki, bu gün qardaşlığa ehtiyac uzaq və abstrakt bir ideal deyil, beynəlxalq münasibətlərin və birgəyaşayışın real çağırışları fonunda formalaşan təcili zərurətdir.Münaqişələrin ilk qurbanı – qardaşlıqPontifik müasir dünyada zorakılıq və müharibə dəhşətlərindən əziyyət çəkən saysız-hesabsız – həddən artıq çox – qardaş və bacıları xatırladır və Müqəddəs Fransiskin “Fratelli tutti” ensiklikasındakı (apostol tövsiyə) fikrə istinad edir: hər bir münaqişənin ilk qurbanı insan ailəsinin çağırışına yazılmış qardaşlığın özüdür.Birgə sülh qurmaq ideyasının tez-tez keçmiş dövrlərin utopiyası kimi təqdim edildiyi bir şəraitdə Papa insan qardaşlığının yalnız nəzəri anlayış deyil, konkret təcrübə ilə təsdiqlənən bir reallıq olduğunu bildirir. Onun sözlərinə görə, bu reallıq hörmət, paylaşma və mərhəmətə əsaslanan gündəlik addımlarla möhkəmləndirilməlidir.

İdeyalar dünyasında qalmaq olmaz

Papa ötən ilin dekabrında “Zayed” Mükafatı Komitəsinin üzvlərinə müraciətində sözlərin kifayət etmədiyini bildirdiyini xatırladır. XIV Leo vurğulayır ki, dərin inanclar yalnız bəyanatlarla deyil, konkret və hiss olunan səylərlə yaşadılmalıdır. O, “Dilexi te” apostol tövsiyəsinə istinad edərək qeyd edir ki, şəxsi və davamlı addımlar olmadan ideyalar səviyyəsində qalmaq “ən qiymətli arzuların belə məhvinə” gətirib çıxara bilər. Papa həmçinin “Fratelli tutti” ensiklikasındakı çağırışı xatırladaraq, hamını qarşılıqlı mənsubluq hissinin formalaşmasına doğru addım atmağa səsləyir.

Azərbaycan Prezidenti ümid səpənlər sırasında

Papa Leone XIV “Zayed” Mükafatının insan qardaşlığı ideyasını real fəaliyyətə çevirən şəxsləri və təşəbbüsləri önə çıxardığını bildirir. O, mükafat laureatları sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adını xüsusi qeyd edərək, onu bu dəyərlərin təşviqində mühüm rol oynayan liderlərdən biri kimi təqdim edir.Papa eyni zamanda Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanı, xanım Zarqa Yaftalini və Fələstin təşkilatı “Taawon”u da qeyd edir və bütün laureatları müasir dünyada “körpülər yerinə divarlar tikildiyi” bir zamanda “ümid səpənlər” adlandırır. XIV Leonun fikrincə, bu mükafat sahiblərinin fəaliyyəti göstərir ki, ən dərin siyasi və ictimai bölünmələr belə konkret addımlar və dialoq vasitəsilə aradan qaldırıla bilər.Papa vurğulayır ki, Prezident İlham Əliyevin bu siyahıda yer alması insan qardaşlığı, regional sabitlik və dialoq ideyalarının təşviqinə verilən beynəlxalq diqqətin göstəricisidir.

İnsan təhdid kimi görülməsin

Müraciət Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti şeyx Məhəmməd bin Zayed Al Nəhyana təşəbbüsə verdiyi davamlı dəstəyə görə təşəkkürlə yekunlaşır. Papa eyni zamanda “Zayed” Komitəsinin vizyonunu və mənəvi mövqeyini yüksək qiymətləndirir.XIV Leo sonda çağırış edir ki, beynəlxalq ictimaiyyət qardaş məhəbbətini ortaq yol kimi qəbul etsin, başqasını yad, yaxud təhdid deyil, qardaş və bacı kimi dərk olunsun.Cavid, BakuPost

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
10
www.bakupost.az

1Источники