RU

Dırnaq yemək səhhətinizdə bu problemlərə səbəb olur: Milyonlarla mikrob... - VİDEO

Əllərinizi tez-tez ağzınıza aparanda, əslində bədəninizə minlərlə bakteriya və virus üçün açıq qapı yaradırsınız. 

Ölkə.Az xəbər verir ki, bunu ürək cihazları üzrə mütəxəssis Mircavad Məmmədov söyləyib. O bildirib ki, bu davranış sadəcə “vərdiş” kimi görünsə də, ağızdan başlayıb mədə-bağırsağa qədər mikroblar üçün birbaşa keçid rolunu oynayır:

“Bu zaman ağız boşluğunda və dırnaq ətrafında iltihablar, irinli infeksiyalar yarana bilər. Mədə-bağırsaq problemləri daha tez-tez ortaya çıxır və uzun müddətdə immun sistemi əlavə yük altında qalır.
Dırnaqları dişləmək dişlər və çənə üçün də zərərsiz deyil. Dişlərin minası tədricən nazilir, xırda çatlar yaranır və bu vərdiş çənə oynağında ağrıya, hətta TMJ problemlərinə (çənə-oynaq problemləri) səbəb ola bilər. Hər dişləmə dişlər üçün kiçik, amma yığılan bir travmadır.
Dırnaqların öz taleyi də bundan təsirlənir. Təkrar-təkrar dişləmə dırnaq yatağını zədələyə, anormal böyüməyə və dırnağın formasının daimi pozulmasına səbəb ola bilər”.

M.Məmmədov bildirib ki, bu vərdişi tərgitmək mümkündür:

“Acı dadlı laklar mexaniki maneə yarada bilər. Əlləri məşğul saxlamaq üçün alternativlər — stress topu, qələm və ya sadə hərəkətlər — kömək edir. Əgər bu davranış stress və ya narahatlıq fonunda formalaşıbsa, mütəxəssis dəstəyi ən sağlam addımdır.

Bəzən kiçik görünən bir vərdiş, bədən üçün böyük yükə çevrilə bilər”.

Billurə

Избранный
18
1
olke.az

2Источники