RU

Qətər Əmiri Səudiyyə Ərəbistanının müdafiə naziri ilə regional inkişafları müzakirə edib

Qətər Əmiri Şeyx Təmim bin Həməd Al Tani Dohada Səudiyyə Ərəbistanının müdafiə naziri Xalid bin Salman ilə görüşərək ikitərəfli münasibətləri və bölgədəki son prosesləri müzakirə edib.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Görüş Səudiyyə Ərəbistanı müdafiə nazirinin Qətərə rəsmi səfəri çərçivəsində paytaxt Doha şəhərində keçirilib. Qətər Əmirlik Divanının yaydığı məlumata görə, Şeyx Təmim qonağını qəbul edərkən iki ölkə arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın daha da dərinləşdirilməsi imkanları nəzərdən keçirilib. Açıqlamada, həmçinin regional məsələlər və bu istiqamətdə aparılan diplomatik səylərin də müzakirə olunduğu bildirilib.

Digər tərəfdən, Səudiyyə Ərəbistanının rəsmi xəbər agentliyi SPA Xalid bin Salmanın bu təmasları Kral Salman bin Əbdüləziz və Vəliəhd Şahzadə Məhəmməd bin Salmanın göstərişləri əsasında həyata keçirdiyini vurğulayıb.

//Gülnarə Abasova, Editor.az

Избранный
78
1
editor.az

2Источники