RU

WhatsApp dan azyaşlılar üçün yenilik

Demokrat.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

"WhatsApp" valideynlər üçün uşaqların informasiya təhlükəsizliyini artırmağa yönəlmiş yeni imkanlar üzərində işləyir. Yeni funksiya azyaşlı istifadəçilərin kontakt siyahısında olmayan şəxslərlə əlaqəsini məhdudlaşdıracaq və valideynlərə uşağın platformadakı fəaliyyəti barədə ümumi məlumat təqdim edəcək. Bununla yanaşı, mesajların məzmununa giriş imkanı verilməyəcək.Demokrat.az xəbər verir ki, bu barədə "WABetaInfo" məlumat yayıb.Bildirilir ki, funksiya hazırda hazırlıq mərhələsindədir. Platforma azyaşlı istifadəçilərin təhlükəsizliyini gücləndirmək məqsədilə məxfilik parametrlərinin avtomatik yenilənməsini Braziliyada sınaqdan keçirir.Məlumata görə, sistem gələcəkdə bəzi məxfilik parametrlərini avtomatik şəkildə dəyişəcək. Belə ki, "son görülmə" funksiyası "hamı üçün" rejimindən "yalnız kontaktlar" rejiminə keçiriləcək, profil məlumatları və digər sosial şəbəkələrə keçidlər isə tanımadıqları istifadəçilər üçün məhdudlaşdırılacaq.Qeyd edilib ki, bu dəyişikliklərin tətbiqi növbəti yenilənmələr çərçivəsində nəzərdə tutulur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
31
1
demokrat.az

2Источники