Bakı. Trend:
Egey dənizində Türkiyənin İzmir vilayətinin Urla rayonusahillərində 28 qanunsuz miqrant saxlanılıb.
Trend xəbər verirki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.
Bildirilib ki, saxlanılan miqrantlardan 11-i uşaqdır. Əməliyyatzamanı insan qaçaqçılığı ilə məşğul olmaqda şübhəli bilinən vəqeyri-qanuni yollarla ölkədən çıxmağa cəhd göstərən şəxslər dəyaxalanıb.
Qanunsuz miqrantlar müvafiq prosedurların həyata keçirilməsiüçün Miqrasiya İdarəsinə təhvil verilib.