Bakının bir sıra yollarında nəqliyyatın sıxlığı müşahidə olunur.aia.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.Hazırda1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;2. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;3. Mikayıl Müşfiq küçəsi, "Badamdar" dairəsindən 20 nörməli məktəb-lisey istiqamətində;4. Babək prospekti, mərkəz istiqamətində;5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;7. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində;8. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;9. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;10. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;11. 1-ci Göl kənarı yolu, Ziya Bünyadov prospekti istiqamətində;12. Binəqədi şosesi, "Azadlıq prospekti" metro stansiyası istiqamətində;13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;14. Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti ilə kəsişməyə qədər;15. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;16. Afiyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsi istiqamətində sıxlıq müşahidə olunur.aia.az