RU

Tramp administrasiyası Rusiya ilə ortaq məxrəc axtarmağa hazırdır

ain.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ vitse-prezidenti J.D. Vens bildirib ki, Donald Tramp administrasiyası Ukraynadakı vəziyyətlə bağlı fundamental fikir ayrılıqlarına baxmayaraq, Moskva ilə ortaq məxrəc axtarmağa hazırdır. Newscenter.az TASS-a istinadən bildirir ki, o, bunu amerikalı jurnalist Meqin Kelli ilə müsahibəsində bildirib.“Biz Ukrayna münaqişəsinə son ​​qoymaq üçün çalışacağıq. Əməkdaşlıq üçün bəzi sahələr ola bilər. Trampın mövqeyi belədir ki, Rusiya ilə bir çox məsələdə fikir ayrılığımız ola bilər, amma bəzi məsələlərdə razıyıq”, - Vens deyib.O, Trampın xarici siyasətinin ölkələrin sadəcə dost və düşmənlərə bölünməsinə deyil, praqmatik maraqlara əsaslandığını vurğulayıb. Vitse-prezidentin sözlərinə görə, Ağ Evin yeni yanaşması hətta rəqiblərlə də onların maraqlarının üst-üstə düşdüyü məsələlərdə qarşılıqlı əlaqəyə imkan verir. Anar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
28
1
newscenter.az

2Источники