RU

Bill Qeytsdən Epştein etirafı

Bill Qeyts verdiyi son müsahibəsində Ceffri Epştein ilə görüşdüyünü təsdiqləyib, lakin bu münasibətlərin yalnız xeyriyyəçilik və qlobal sağlamlıq layihələri çərçivəsində olduğunu müdafiə edib. O, keçmişdə atdığı bu addıma görə peşman olduğunu dilə gətirib.

Publika.az xəbər verir ki, Bill Qeytsin sözlərinə görə, o, Epştein ilə 2011-ci ildə tanış olub. Milyarder bu tanışlığın səbəbini Epşteinin ətrafında çox sayda zəngin insanın olması və qlobal sağlamlıq layihələri üçün böyük ianələr toplaya biləcəyi vədi ilə əlaqələndirib. Qeyts təxminən üç il ərzində bir neçə şam yeməyində iştirak etdiyini bildirib.

Qeyts Epşteinin pedofiliya və qanunsuz işlərlə tanınan özəl adasına heç vaxt getmədiyini vurğulayıb. Onun vasitəsilə hər hansı bir qadınla tanış olmadığını deyib.

Epşteinin e-poçt hesabında Qeytsin qadınlarla görüş təşkil etməsinə dair tapılan layihə (draft) mesajların tamamilə yalan olduğunu və Epştein tərəfindən uydurulduğunu iddia edib.

Избранный
30
3
publika.az

4Источники