RU

Qarşısı alına bilən risklər xərçəng ölümlərini əhəmiyyətli dərəcədə azalda bilər - ÜST

Bakı. Trend:

Siqaret çəkmək, həddindən artıq spirtli içki istehlakı və bəziinfeksiyalar kimi əsas risklərin aradan qaldırılması xərçəngləbağlı qlobal ölüm statistikasını ciddi şəkildə dəyişə bilər.

Trend xəbər verirki, bu nəticəyə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) aparıcımütəxəssisləri gəliblər.

ÜST-ün Beynəlxalq Xərçəng Tədqiqatları Agentliyinin (IARC)mütəxəssislərinin də daxil olduğu beynəlxalq alimlər qruputərəfindən aparılan təhlilə görə, 2022-ci ildə qoyulan bütün yenixərçəng diaqnozlarının 38%-i qarşısı alına bilən xəstəliklər olub.Tədqiqatçılar 30 müxtəlif risk faktorunun təsiriniqiymətləndiriblər.

Tədqiqatda tütün açıq-aşkar lider olaraq qalır və dünyamiqyasında bütün yeni xərçəng hallarının 15%-ni təşkil edir.Yoluxucu agentlər (10%) ikinci yerdədir, bədən üçün toksikliyi çoxvaxt qiymətləndirilməyən alkoqol (3%) isə ilk üçlüyütamamlayır.

Qarşısı alına bilən bütün halların təxminən yarısı ağciyər, mədəvə servikal xərçəngləri ilə bağlı olub.

Избранный
27
az.trend.az

1Источники