RU

Kardioloq hipertoniyadan əziyyət çəkənlərə təzyiqə nəzarət etməyi tövsiyə edib

Qış aylarının soyuq havası ürək-damar xəstəlikləri olan insanlar üçün xüsusi risk yaradır, xüsusilə də hipertoniyası gizli şəkildə gedən şəxslər üçün. Həkimlərin sözlərinə görə, soyuq havada orqanizm donmamaq üçün ürəyin daha intensiv işləməsini tələb edir. AzPost Aif.ru-ya istinadla xəbər verir ki, istilik itkisini azaltmaq məqsədilə dəriyə yaxın damarlar daralır ki, bu da arterial təzyiqin yüksəlməsinə və ürəyə düşən yükün artmasına səbəb olur.

Mütəxəssislər bildirirlər ki, qış mövsümündə qidalanma vərdişləri də vəziyyəti ağırlaşdıra bilər. Təzə meyvə və tərəvəzin azalması, əvəzində duzlu və hisə verilmiş məhsulların çoxalması orqanizmdə duzun artmasına, nəticədə arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Bundan əlavə, yağlı və yüksək kalorili qidaların üstünlük təşkil etməsi qanda xolesterinin artmasına və aterosklerozun sürətlənməsinə şərait yaradır.

Problemi daha da dərinləşdirən amillərdən biri də qışda fiziki aktivliyin azalmasıdır. Kardioloqun sözlərinə görə, əgər kimdəsə hipertonya əvvəllər gizli formada gedirdisə, soyuq havalarda bu xəstəlik daha açıq şəkildə özünü göstərə bilər. Belə insanlarda tez-tez baş ağrıları, gözlərdə “qığılcımlar” və ya bulanıqlıq müşahidə olunur.

Mütəxəssislər vurğulayırlar ki, qış aylarında hipertoniyaya nəzarət xüsusilə vacibdir. Arterial təzyiq mütəmadi ölçülməli, yüksəlmə hallarında müalicə düzgün şəkildə tənzimlənməlidir. Lakin bütün dəyişikliklər yalnız həkim nəzarəti altında aparılmalıdır.

AzPost.az

Избранный
28
1
azpost.info

2Источники