RU

“İnter” “Torino”ya qalib gələrək İtaliya Kuokunun yarımfinalına yüksəlib

İtaliya Kubokunun dörddəbir final mərhələsinin “İnter” və “Torino” arasında keçirilən oyununda “qara-göylər” 2:1 hesabı ilə qalib gəliblər.

Milanlıların hücumçusu Anj-Yoan Bonni 35-ci dəqiqədə hesabı açıb. İkinci hissənin əvvəlində “İnter”in yarımmüdafiəçisi Endi Diuf 47-ci dəqiqədə komandasının üstünlüyünü artırıb. “Torino”nun hücumçusu Sandro Kulenoviç 57-ci dəqiqədə buraxılan qollardan birinin əvəzini çxıb.

Beləliklə, “İnter” İtaliya Kubokunun yarımfinalına yüksəlib, “Torino” isə yarışdan kənarlaşdırılıb. Sabah turnirin eyni mərhələsində “Atalanta” və “Yuventus” qarşılaşacaq.

İtaliya Kubokunun sahibi finalda “Milan”ı məğlub edən (1:0) “Bolonya”dır.

İdman.Biz
Məqalədə:
Избранный
46
1
idman.biz

2Источники