RU

“Arsenal”ın yarımmüdafiəçisi “Real”a keçməsi barədə şayiələrə aydınlıq gətirdi

“Arsenal” və İspaniya millisinin yarımmüdafiəçisi Martin Subimendi “Real Madrid”ə mümkün keçidi ilə bağlı şayiələrə münasibət bildirib.

İdman.Biz xəbər verir ki, Subimendi xəbəri birmənalı şəkildə təkzib edib.

“Real Madrid”in mənə ehtiyacı varmı? Mən belə düşünmürəm. “Real Madrid”in uğur qazanmaq üçün kifayət qədər oyunçusu var. Ona görə də yox” – Subimendi AS nəşrinə bildirib.

Yarımmüdafiəçi 2025-ci ildə 70 milyon avroluq müqavilə imzalayaraq “Real Sosyedad”dan “Arsenal”a keçib. Onun London klubu ilə müqaviləsi 2030-cu ilin iyun ayına qədərdir.

Bu mövsüm Subimendi “topçular”ın heyətində bütün yarışlarda 33 oyunda iştirak edib, beş qol vurub və üç məhsuldar ötürmə edib. Transfermarkt onu 75 milyon avro dəyərində qiymətləndirir.

İdman.Biz
Избранный
32
1
idman.biz

2Источники