RU

Göygöldə 25 yaşlı gənc öldürülüb

Göygöl rayonunda meyit aşkarlanıb.

Heftelik.az APA-ya istinadən xəbər verir ki, rayon Polis Şöbəsinə Molla Cəlilli kəndi ərazisində üzərində zorakılıq əlamətləri olan meyitin aşkarlanması barədə məlumat daxil olub.

Daxil olan məlumat əsasında polis və prokurorluq əməkdaşları hadisə yerinə gələrək müvafiq tədbirlər həyata keçiriblər.

Meyiti tapılan şəxsin 1986-cı il təvəllüdlü Sabiq Quliyev olduğu müəyyən edilib.

Meyiti tapılan Mollacəlilli kənd sakini 1986-ci il təvəllüdlü Saqib Quliyevin anası Rəna Quliyeva oğlunun öldürüldüyünü bildirfib.

O, oğlunun dünən günorta evdən çıxdığını və bir daha geri dönmədiyini bildirib.

Onun sözlərinə görə oğlu evi təmir etdiyi üçün evdən boya almağa çıxıbmış. Yalnız bu gün günorta saat 3 radələrində oğlunun öldürüldüyü barədə onlara xəbər verilib.

Mərhumun anası onu da qeyd edib ki, oğlu sakit biri olub və heç kəslə problemi olmayıb.

 

Избранный
27
2
heftelik.az

4Источники