RU

“SpaceX” IPO-ya hazırlıq çərçivəsində xarici banklarla danışıqlar aparıb

Bakı. Trend:

“SpaceX” 2026-cı ildə keçirilməsi planlaşdırılan ilkin kütləvitəklifinə (IPO) hazırlıq məqsədilə xarici bankların nümayəndələriilə görüşlər keçirib.

Trend xəbər verirki, bu barədə “Bloomberg” məlumat yayıb.

Bildirilir ki, xarici banklar siyahı sindikatında kiçik mövqeləruğrunda rəqabət aparıblar və bankirlərdən öz regionlarındakımövqelərinin gücünü nümayiş etdirmələri tələb olunub.

Agentliyin məlumatına görə, artıq əldə edilmiş “xAI” startapınıda əhatə edən birləşmiş şirkət ilin sonuna qədər ictimaiyyətə açıqolmağı planlaşdırır. İlkin kütləvi təklifin həcminin 50 milyarddollara çatacağı gözlənilir ki, bu da indiyədək qeydə alınmış ənböyük IPO ola bilər.

Qeyd olunur ki, “SpaceX” və “xAI” şirkətlərinin birgə dəyəri1,25 trilyon dollar səviyyəsində qiymətləndirilir. Artıq “WallStreet”in aparıcı bankları siyahının əsas təşkilatçıları kimiseçilib. Bunlar “Bank of America”, “Goldman Sachs”, “JPMorganChase” və “Morgan Stanley”dir.

Избранный
18
az.trend.az

1Источники