RU

İsrail Qəzza zolağından şərqdə beynəlxalq hava limanı tikmək niyyətindədir

İsrail hökuməti fevralın 8-də Qəzza sektorunun sərhədindən bir neçə on kilometr şərqdə, Negev səhrasında yerləşən Sekelak şəhəri yaxınlığında əlavə beynəlxalq hava limanının tikintisi layihəsini müzakirə edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabineti rəhbərinin dəftərxanası açıqlama yayıb.

"Baş nazir Benyamin Netanyahunun göstərişi ilə bu bazar günü hökumətə Negevdə, Sekelakda əlavə beynəlxalq hava limanının yerləşəcəyi yerə dair qərar layihəsi təsdiq üçün təqdim olunacaq", – bəyanatda qeyd olunub.

Dəftərxanadan bildirilib ki, bu qərar baş nazirin nəqliyyat naziri Miri Regev və Maliyyə, Nəqliyyat və Müdafiə nazirliklərinin yüksək vəzifəli şəxsləri ilə müzakirələrindən sonra qəbul edilib.

Bundan əlavə, baş nazirin dəftərxanası əlavə beynəlxalq hava limanının yaradılmasını "milli zərurət" adlandıraraq bu addımı İsrailə və İsraildən uçuşların sayının daim artması ilə əsaslandırıb.

Избранный
15
1
ikisahil.az

2Источники