İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.
Publika.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi "X"də yazıb.
O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır: "Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram".