İran ABŞ ilə nüvə danışıqlarının təxirə salınması xəbərlərini təkzib edib.
KONKRET.az xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi “X” sosial şəbəkə heabında paylaşım edib.
O bildirib ki, ABŞ ilə nüvə danışıqlarının cümə günü Maskatda keçirilməsi planlaşdırılır.
“Bütün lazımi hazırlıqları gördükləri üçün omanlı qardaşlarımıza minnətdaram”, – o qeyd edib.
Qeyd edək ki, daha əvvəl “Axios” portalı ABŞ və İran arasında fevralın 6-da Omanda keçirilməsi planlaşdırılan danışıqların ləğv edildiyinə dair məlumat yayıb. Buna səbəb isə İran tərəfinin bir gün əvvəl danışıqların Türkiyədə yox, Omanda və ikitərəfli formatda keçirilməsini tələb etməsi olub.\\report