RU

Ukrayna və Rusiya arasında yeni əsir mübadiləsi gözlənilir - Volodimir Zelenski

Bakı. Trend:

Ukrayna və Rusiyanın yaxın vaxtlarda yeni hərbi əsir mübadiləsiaparması gözlənilir. Bu, dörd aylıq fasilədən sonra ilk mübadiləolacaq.

Trend xəbər verirki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski axşam çıxışındabildirib.

Prezident bildirib ki, Əbu-Dabidə ABŞ və Rusiya ilə danışıqlardaiştirak edən Ukrayna nümayəndə heyəti bugünkü görüşün nəticələribarədə ona məruzə edib. Ukrayna rəsmiləri eyni zamanda Amerikatərəfi ilə ayrıca əlaqə saxlayıblar.

“Danışıqların ara nəticələrini bu gün müzakirə etdik. Onlarsabah davam edəcək. Bu, mühüm bir addım olacaq: tezliklə əsirmübadiləsi gözləyirik. Əsirlər evlərinə qaytarılmalıdır”, – deyəZelenski qeyd edib.

Prezidentin sözlərinə görə, Ukraynanın mövqeyi aydındır:müharibəyə ciddi şəkildə son qoyulmalı və Rusiya buna hazırolmalıdır. O vurğulayıb ki, tərəfdaşlar bunu real təhlükəsizlikzəmanətləri və təcavüzkara qarşı real təzyiqlə təmin etməyə hazırolmalıdırlar. “Ukraynadakı insanlar hiss etməlidirlər ki, prosesrusların vəziyyətdən öz xeyrinə istifadə edib hücumları davametdirməsinə yox, sülhə və müharibənin sonuna doğru gedir”, – deyəZelenski əlavə edib.

Xatırladaq ki, Ukrayna və Rusiya sonuncu hərbi əsir mübadiləsini2025-ci ilin oktyabrında həyata keçirib. Həmin mübadilə zamanı 185hərbçi və 20 mülki şəxs evlərinə qayıdıb.

Избранный
45
az.trend.az

1Источники