RU

KİV: Vens ştatlarda dövlət vəsaitlərinin mənimsənilməsini araşdıran qrupa rəhbərlik edəcək

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Kaliforniya və digər ştatlarda dövlət vəsaitlərinin mümkün mənimsənilməsi hallarını araşdırmaq üçün xüsusi işçi qrupuna rəhbərlik edəcək.

"Report" xəbər verir ki, bu barədə "CBS News" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp yaxın günlərdə bununla bağlı müvafiq fərman imzalayacaq.

Qeyd olunub ki, ilk dəfə təsis edilmiş fırıldaqçılıqla mübarizə üzrə baş prokurorun köməkçisi postuna yeni təyin olunmuş Kolin Makdonald Vensin işçi qrupu ilə sıx əməkdaşlıq etmək tapşırığı alacaq. Mənbənin bildirdiyinə görə, Tramp ABŞ Ədliyyə Departamentinin bu istiqamətdəki fəaliyyətindən narazıdır, buna görə də həmin vəzifələr yaradılacaq işçi qrupuna həvalə ediləcək.

Telekanalın məlumatına görə, Kaliforniyada işsizlik müavinətləri və COVID-19 pandemiyası ilə bağlı ödənişlərdə ümumi həcmi bir neçə milyard dollar təşkil edən potensial mənimsəmə halları aşkar edilib.

Bundan əvvəl Minnesotada uşaqlara ərzaq yardımı proqramı ilə bağlı böyük fırıldaqçılıq sxemi aşkarlanmış, 19 milyard dollar vəsaitin mənimsənildiyi üzə çıxarılmışdı.

Избранный
13
far.az

1Источники