RU

Təmsilçimiz 28 min iştirakçı arasında 56-cı olub:"Dubay Marafonu" - FOTO

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində sayca 25-ci “Dubay Marafonu” keçirilib.

Redaktor.az xəbər verir ki, ölkəmizi bu yarışda Elçin Bəkirov təmsil edib.

İdmançımız marafon məsafəsini 2:46:38 nəticə ilə başa vurub. Bəkirov mükafatçılar sırasına düşə bilməsə də, kişilər arasında marafon qaçışı üzrə yeni Azərbaycan rekordunu müəyyənləşdirib. Ümumilikdə 28 min iştirakçının qatıldığı yarışda təmsilçimiz 56-cı yerin sahibi olub. O, öz yaş kateqoriyasında isə 9-cu pillədə qərarlaşıb.

Qeyd edək ki, “Dubay Marafonu” ilk dəfə 1998-ci ildə keçirilib.

222
Избранный
34
4
redaktor.az

5Источники