RU

Tayland və Kamboca sərhəd mübahisəsində razılığa gələ bilmədi

Tayland və Kamboca sərhəd mübahisəsində razılığa gələ bilmədi

Tayland və Kamboca arasında sərhəd gərginliyini azaltmaq məqsədilə keçirilən Regional Sərhəd Komitəsinin xüsusi iclası nəticəsiz başa çatıb.

AFN.az xəbər verir ki, bu barədə Taylandın "The Nation" qəzeti məlumat yayıb. Tayland Kral Hərbi Dəniz Qüvvələrinin rəsmisi Parat Rattanaçayphan bildirib ki, Taylandın Trat əyalətində baş tutan görüşün əsas hədəfi əlaqə kanallarını qorumaq və 2025-ci il dekabrın 27-də əldə olunmuş atəşkəs rejiminin davamlılığını təmin etmək olub.

Danışıqları ASEAN-ın müşahidəçi qrupu da izləyib. Müzakirələr zamanı Kamboca tərəfi sərhədlərin demarkasiyası ilə bağlı bir sıra yeni təkliflər irəli sürsə də, Tayland tərəfi bu təkliflərin komitənin səlahiyyətlərini aşdığını və əvvəlki razılaşmalara zidd olduğunu əsas gətirərək rədd edib. Bu səbəbdən tərəflər arasında konsensus əldə olunmayıb.

Xatırladaq ki, iki ölkə arasında ötən ilin iyul və dekabr aylarında baş verən toqquşmalarda 42 Tayland hərbçisi və 31 Kamboca mülki vətəndaşı həlak olub. Dekabrın sonunda atəşkəs elan edilsə də, sərhəd mübahisəsi hələ də həllini tapmayıb.

Избранный
34
afn.az

1Источники