RU

​Rusiyanın neft və təbii qaz gəlirləri çökdü

Rusiyanın neft və təbii qaz gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 50,1 faiz azalıb. Metbuat.az xəbər verir ki, bu barədə Rusiya Maliyyə Nazirliyi açıqlama verib. Açıqlamada deyilir ki, Rusiyanın bu sahədən gəlirləri 393 milyard rubla (təxminən 5 milyard dollar) düşüb. Nazirlik gəlirlərin azalmasının neft qiymətlərinin düşməsi və rublun xarici valyutalara qarşı möhkəmlənməsi ilə əlaqəli olduğunu bildirib. Açıqlamada deyilir ki, neft və təbii qaz gəlirlərinin azalması nəzərdə tutulduğundan daha çox olub.

Qeyd edək ki, Qərb ölkələri Rusiyanın neft və təbii qaz sektoruna sanksiyalar tətbiq etsə də, Rusiya müxtəlif bölgələrdə, xüsusən də Asiya bazarlarında payını artırmağa çalışır.

Избранный
31
metbuat.az

1Источники