RU

279 saylı məktəbdə direktor müəllim və şagirdlərdən pul yığır?VİDEO

Məktəb direktorunun müəllimlərdən və şagirdlərdən qanunsuz şəkildə pul yığdığı iddia edilir.

Xezerxeber.az xəbər verir ki, bu iddia ilə 279 saylı tam orta məktəbin rus dili və ədəbiyyatı müəllimi Aytəkin Allahverənzadə çıxış edir.

Onun iddialarına görə, məktəbin direktoru Südabə Allahverdiyeva hər ay məktəbin ehtiyacları üçün əsassız şəkildə pedoqoji heyətdən və şagirdlərdən pul tələb edir.

Aytəkin Allahverənzadə iddia edir ki, məktəbin bütün xərclərini müəllimlər öz hesabına qarşılayır.

Müəllim həm də iddia edir ki, direktor onunla olan şəxsi-qərəz səbəbindən adına açılan dərnəyi bağlayıb. Üstəlik də dərsinə saxta yoxlamalar gətirir.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Избранный
11
2
xezerxeber.az

3Источники