RU

Türkiyədən imtina edən İran çətin vəziyyətdə: ABŞ la danışmaq üçün...

GlobalInfo portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ və İran arasında planlaşdırılan danışıqların yeri və formatı ilə bağlı qeyri-müəyyənlik yaranıb. ABŞ dövlət katibi Marko Rubio bildirib ki, Vaşinqton danışıqların Türkiyədə keçirilməsinin razılaşdırıldığını düşünürdü, lakin İran tərəfdən gələn ziddiyyətli açıqlamalardan sonra hazırda yeni məkan və format üzərində iş aparılır.

Globalinfo.az-ın xəbərinə görə, Rubio bu barədə ABŞ Dövlət Departamentində keçirilən tədbirdə çıxışı zamanı danışıb.

Onun sözlərinə görə, əvvəl danışıqlarda bir sıra tərəfdaş ölkələrin də iştirakı nəzərdə tutulurdu. Lakin İranın bununla razılaşmadığına dair xəbərlər ortaya çıxıb.

Bundan əvvəl Axios nəşri danışıqların Türkiyədən Omana köçürüləcəyini yazıb. Məlumata görə, İran tərəfi görüşlərin yalnız ABŞ-la ikitərəfli formatda keçirilməsini istəyir və ərəb-müsəlman ölkələrinin müşahidəçi qismində iştirakına qarşı çıxır.

Marko Rubio eyni zamanda vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp İranla istənilən səviyyədə təmasa və hətta birbaşa görüşlərə hazırdır. Onun sözlərinə görə, Vaşinqton bu cür görüşləri güzəşt və ya legitimləşdirmə kimi qiymətləndirmir.

Əliyar Xəlil

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
16
globalinfo.az

1Источники