Ötən il Gürcüstanda 27 nəfər Azərbaycan vətəndaşı sürücülük vəsiqəsi alıb.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin 2025-ci il üzrə hesabatında bildirilir.
İllik müqayisədə qonşu ölkədə avtomobil idarə etmək hüququ əldə etmiş Azərbaycan vətəndaşlarının sayı 7 nəfər artıb.
2025-ci ildə Gürcüstanda sürücülük vəsiqəsi alan 16-49 yaş arasında olan vətəndaşlarımızın 14-ü kişi, 13-ü qadındır.
Hesabat ilində Gürcüstanda ümumilikdə 4 500-ə yaxın şəxs sürücülük vəsiqəsi alıb ki, onların da yarıdan çoxu Gürcüstan vətəndaşıdır.
"Cebheinfo.az"