RU

Təhlükəli MARAQ: Batareya gəncin ağzında PARTLADI – VİDEO

Hindistanda batareyanı dişləyən gəncin ağzında partlayış baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Hindistanda bir mağazada darıxan gənc hər kəsi heyrətə gətirən və təhlükəli addım atıb.

O, əlinə keçən akkumulyatoru (batareyanı) dişləyib. Həmin anda batareya qəfildən elə gəncin ağzındaca partlayıb və alovlanmağa başlayıb.

Hadisə yerində yaranan alov qısa müddətdə söndürülüb. Möcüzəvi şəkildə gənc ciddi fiziki xəsarət almasa da, baş verən hadisə nəticəsində güclü şok keçirib.

Görüntülər sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
20
interpress.az

1Источники