Fransa Milli Assambleyası Azərbaycan tərəfdə saxlanılan “erməni əsirlərin dərhal və şərtsiz azad edilməsinə çağıran” qətnamə qəbul edib. Bu sənəd 4 fevral 2026-cı il çərşənbə axşamı Fransa parlamentində yekdilliklə qəbul olunub, iclasda iştirak edən 183 deputatın hamısı “lehinə” səs verib. Qətnamə layihəsi parlamentari Loran Vokye tərəfindən Fransa-Ermənistan Dostluq Qrupu adından təqdim olunub.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Musavat.com-a şərhində bildirib ki, bu gün Fransa, Makron xarici siyasətinin yaratdığı məğlub edilmiş Fransa sindromundan xilas olmağa çalışır və müəyyən çırpıntılar içindədir.
Deputatın sözlərinə görə, Fransa senatının qəbul etdiyi qərar da məhz bu çırpıntıların, Makron xarici siyasətinin ikiüzlülüyünün məntiqi nəticəsi kimi ortaya çıxıb:
“Bu gün ABŞ anqlosakson ittifaqının imperativ xarici siyasəti nəticəsində küncə sıxışdırılmış Avropanın ən böyük ölkələrindən biri Fransadır. Amma Fransa öz acizliyini dərk edir- bu güc qarşısında onun atacağı heç bir addım yoxdur. Digər tərəfdən beynəlxalq münasibətlərdə, xarici siyasət platformasında Fransa xarici siyasəti Azərbaycan xarici siyasətinə məğlub olub. Azərbaycan Fransanın neokolonist siyasətini ifşa edib, bunun nəticəsində Somali, Qərbi Avropa, Yeni Kaledoniyadan geri çəkilmək məcburiyyətində qalıb. Ona görə bu bir növ Fransanın yenidən xarici siyasətdə hər hansı uğura imza atmaqla bağlı qəbul etdiyi qərar hesab edilə bilər. Amma qatar çoxdan gedib”.
Deputat vurğulayıb ki, bu gün Ermənistan-Azərbaycan münasibətləri kontekstində Cənubi Qafqazda Fransanın heç bir müdaxilə imkanı qalmayıb: “Halbuki müharibədən dərhal sonra belə imkanlar vardı. Fransa neytral qalıb, beynəlxalq hüquqdan çıxış etsə idi, həm Ermənistan, həm də Azərbaycanla tərəfdaşlıq platforması əldə edə bilərdi. Lakin bu gün regionda ABŞ, Azərbaycanın iradəsi və Ermənistanın özünəməxsus mövqeyi var. Bu da Azərbaycanın yaratdığı yeni reallıq kontekstində formalaşıb. Fransa senatının qəbul etdiyi heç bir sənədin hüquqi statusu yoxdur və Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə əsla təsir göstərə bilməz”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта