RU

Azərbaycan Kuboku: Sumqayıtda qol səsi çıxmadı, Sabah Qəbələ ni sınağa çəkir YENİLƏNİR

Fanat saytından verilən məlumata görə, ain.az xəbər verir.

Bu gün Bizon Azərbaycan Kubokunda 1/4 final mərhələsinin ilk görüşləri start götürür. 

Fanat.Az xəbər verir ki, ilk oyun günündə iki görüş baş tutacaq. 

Əvvəlcə "Sumqayıt" öz meydanında "Zirə"ni sınağa çəkəcək. Çempionatda da avrokubok mübarizəsini davam etdirən komandaların duelində qapılara qol vurulmayıb.

Günün ikinci oyunu Masazırda reallaşacaq. Premyer Liqanın lideri "Sabah" qış fasiləsindən sonra inamlı çıxışı ilə diqqət çəkən "Qəbələ" ilə münasibətlərinə aydınlıq gətirəcək. Saat 19:30-da başlayacaq qarşılaşmanın start fitini Fərid Hacıyev səsləndirəcək. 

Qeud edək ki, mərhələnin “Şamaxı” - "Qarabağ" və “Turan Tovuz” – “Kəpəz” görüşləri sabah keçiriləcək. 

Azərbaycan Kuboku

1/4 final, ilk oyun

4 fevral

“Sumqayıt” – “Zirə” 0:0

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Vüqar Həsənli

VAR: Kamal Umudlu, Eyyub İbrahimov

Hakim-inspektor: Asim Xudiyev

AFFA nümayəndəsi: Kifayət Mustafayeva

Sumqayıt. Mehdi Hüseynzadə adına şəhər stadionu. 

19.30. “Sabah” – “Qəbələ”

Hakimlər: Fərid Hacıyev, Asiman Əzizli, Rəhman İmami, Kamran Əliyev

VAR: Nicat İsmayıllı, Zeynal Zeynalov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Elgiz Abbasov

Masazır. “Bank Respublika Arena”. 

Abunə Ol

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
56
2
fanat.az

3Источники