RU

Əliyev: Bu mükafatı almaq böyük şərəfdir

Bu mükafatı almaq böyük şərəfdir. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Əbu-Dabidə Zayed İnsan Qardaşlığı Mükafatının təqdimetmə mərasimində çıxışı zamanı deyib.


Prezident bildirib ki, Azərbaycan və Ermənistan sülh şəraitində yaşamağı öyrənir. “Bu, xüsusi bir hissdir. Müstəqillikdən sonra biz heç zaman sülh içində yaşamamışıq,” – o qeyd edib.


Dövlət başçısı Vaşinqtonda keçirilən sülh sammitinin təşkilinə görə ABŞ Prezidenti Donald Trumpa təşəkkür edib. Onun sözlərinə görə, üçtərəfli sammit 2025-ci il avqustun 8-də baş tutub və Ermənistan–Azərbaycan arasında sülh sazişinin paraflanması ilə yekunlaşıb.


Prezident xatırladıb ki, hər iki ölkə 30 ildən artıq müddətdə müharibə şəraitində olub. “Altı aydır ki, sülh şəraitində yaşayırıq,” –  o vurğulayıb.


Əliyev əlavə edib ki, Əbu-Dabidə keçirilən mərasim rəmzi xarakter daşıyır. Onun sözlərinə görə, Ermənistanla danışıqların son raundu ötən ilin iyununda məhz burada keçirilib.

Избранный
6
14
anews.az

10Источники