RU

Həkim 103 yaşlı pasiyentinin sirrini açdı

103 yaşlı xəstə həkimlə söhbətində xoşbəxtlik və uzunömürlülüyün sirrini açıqlayıb.

Publika.az xəbər verir ki, təcili yardım həkimi Tulsi Patel "TikTok"da uzunömürlü bir xəstə ilə söhbətini əks etdirən video paylaşıb.

Patelin sözlərinə görə, uzunömürlülüyün sirri barədə soruşduqda, yaşlı britaniyalı kişi tərəddüd etmədən "dostlarının olması" cavabını verib.

Qeyd edək ki, bu fikir tibbdə də dəstəklənir. Həkimlər bildirir ki, güclü sosial əlaqələr depressiya və hipertoniya riskini azaldır və hətta ömür uzunluğunu artırır.

"Daily Mirror" qəzetinin paylaşdığı məlumatda o da qeyd olunur ki, tənhalıq və təcrid həm psixoloji, həm də fiziki rifahın pisləşməsi üçün əsas risk faktorlarıdır. Həkimlər sosial qarşılıqlı əlaqəni, balanslı qidalanmanı, keyfiyyətli yuxunu, stressin idarə olunmasını və orta dərəcədə spirtli içki qəbulunu uzunömürlülüyün açarı kimi göstərirlər.

Избранный
23
1
publika.az

2Источники